Yuxarı

ADU 100 tələbəsinə “karantin yardımı” etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin onlayn şəkildə iclası keçirilib.

Bu barədə Axar.az-a açıqlamasında qurumun rəhbəri Şahin Sərdarlı deyib.

O bildirib ki, iclasda koronavirusla mübarizə, karantin rejiminin elan olunması və s. müzakirə edilib:

“Qərara alınıb ki, ötən il ərzində ADU THİK-ə maddi yardımla bağlı müraciət etmiş, təşkilatın müəyyənləşdirdiyi və sistemdə cari hesabı olan, valideyn himayəsindən məhrum, şəhid, qazi, o cümlədən aztəminatlı ailələrin övladlarının karantin müddətində sosial-məişət şəraitinin daha etibarlı müdafiəsi məqsədilə təxminən 100 (yüz) tələbənin hər birinin hesabına 50 (əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

Qeyd edim cari hesabı olmayan, lakin hazırda maddi durumu çox aşağı olan tələbələr də ADU THİK-ə müraciət edə bilərlər, müraciətlər araşdırıldıqdan sonra cari hesab açmaları şərti ilə növbəli şəkildə onlara da dəstək göstəriləcək.

Yaxın günlər ərzində vəsait tələbələrin hesabına köçəcək və dekanlıq əməkdaşları vasitəsilə tələbələrə məlumat veriləcəkdir. Tələbələrdən xahiş edirik ki, vəsaiti bankdan götürməzdən əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin tələbələrinə riayət etsinlər. SMS vasitəsilə icazə aldıqdan sonra yaşadıqları əraziyə yaxın “Kapital Bank” filiallarına yaxınlaşsınlar”.

Tarix
2020.04.03 / 20:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla