Yuxarı

Bakıda taksi xidməti niyə məhdudlaşdırıldı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taksi fəaliyyəti ilə bağlı müəyyən məhdudlaşdırıcı qərarlar qəbul olunduqdan sonra Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı almaq üçün müraciət edənlərin sayı artıb. Çünki bir çox sürücü məhdudiyyətdən sonra avtomobilinin üzərinə taksi sözü vuraraq, küçədə boş-boş gəzirdi.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər barədə danışarkən deyib.

E.Muradlı bildirib ki, taksi fəaliyyəti ilə bağlı müəyyən məhdudlaşdırıcı qərarların qəbul edilməsinə səbəb fərqlənmə nişanı olmayan sürücülərin də küçəyə çıxmaq bəhanəsi ilə taksi xidməti göstərməsidir:

“Bəzi sürücülər yola çıxa bilmək üçün taksi nişanı alıb istifadə edirdi. Bu, karantin rejiminin pozulması hesab olunur. Məhz bu səbəbdən taksi xidmətləri ilə bağlı müəyyən məhdudlaşdırıcı addımlar atıldı. Bu qərardan sonra dünən fərqlənmə nişanı almaq üçün Bakı Nəqliyyat Agentliyinin qarşısına təxminən 500 nəfər sürücü yığılmışdı. Çünki hələ maşının üzərinə taksi işarəsi qoymaq taksi xidməti göstərmək demək deyil”.

E.Muradlı bildirib ki, verilən qərarlarda bəzi diqqət ediləsi məqamlar da var ki, bir çox sürücü bunu başa düşmür:

“Məsələn, bildirilir ki, taksidə iki nəfərdən artıq sərnişin ola bilməz. Onlar da arxa oturacaqda bir-birindən müəyyən məsafədə əyləşməlidir. Təbii ki, taksidə müəyyən dezinfeksiyaedici məhlullar da olmalıdır. Sürücünün, sərnişinin də əlcəkdən, maskadan istifadəsi məsləhət görülür. Ancaq nəzərə almaq lazımdır ki, bu gün arxa yan şüşələri pərdəli, qara pulyonkalı olan taksi xüdməti göstərən avtomobillər də var. Belə olan halda polis hardan biləcək ki, taksidə arxa oturacaqda əyləşənlər 2 nəfərdir, ya 3? Belə məqamda insanların da, taksi sürücülərinin də, vətəndaşların da üzərinə iş düşür. Vətəndaş özü məsuliyyətli olmaldır. Hər şeyi polis tənzimləməli deyil. Vətəndaş başa düşməlidir ki, atılan hər bir addım onun sağlamlığı üçün nəzərdə tutulub. Bu səbəbdən o özü də verilmiş müvəqqəti qərarlara riayət etməlidir. Bəzi ölkələrdə ümumiyyətlə taksi xidmətləri tamamilə dayandırılıb”.

E.Muradlı bildirib ki, məhdudiyyətlər o qədər də sərt deyil:

“Taksi sürücüsü dörd nəfərdən ibarət ailə üzvlərini rahatlıqla bir yerə apara bilər. Ancaq bu “bir manatlıq” taksilərə şamil edilmir. Çünki onlar belə məqamda fürsətdən istifadə edib dayanacaqda dayanmış sərnişinlərdən 3-4-ünü götürərək aparır”.

Tarix
2020.04.04 / 16:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla