Yuxarı

Çin mediası Bakının korona ilə mübarizəsindən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin mediası Bakının korona ilə mübarizəsindən yazdı

Çinin 100 milyondan çox çap və onlayn abunəçisi olan "Gündəlik Çin" (China Daily) qəzetində Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizəsinə dair məqalə çap olunub.

Axar.az xəbər verir ki, məqalədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesusun COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir etməsindən bəhs olunur.

Bildirilir ki, Baş direktor Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda pandemiyaya qarşı mübarizədə atılan addımları yüksək qiymətləndirib.

Məqalədə Azərbaycanın infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verdiyi, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldığı, dövlət qurumları arasında əlaqələndirmənin təmin edildiyi, aviareyslərin sayının kəskin azaldıldığı, məktəblərin bağlandığı, karantin rejiminin tətbiq olunduğu vurğulanıb. COVID-19 xəstəliyinin iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə Prezidentin Sərəncamı ilə 1 milyard manat məbləğində maliyyə vəsaiti ayrılıb. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib.

Məqalədə Azərbaycanın bu istiqamətdə ÜST ilə əməkdaşlığından da söz açılıb, ölkəmizin qlobal həmrəylik nümayiş etdirərək, koronavirusa qarşı mübarizə üçün ÜST-ə könüllü maliyyə yardımı ayırdığı bildirilib.

Tarix
2020.04.05 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla