Yuxarı

Nazir müavini açıqladı: İnternetə artan tələbat...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini açıqladı: İnternetə artan tələbat...

Bu günlərdə əldə edilmiş statistika ölkədə internetdən istifadə edənlərin sayının artdığını göstərir. O cümlədən, ölkədə telefon vasitəsilə internetə qoşulanların və internetdə digər tətbiqlərin istifadəsinin də sayı artıb.

Axar.az xəbər verir ki, bunları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün hazırda ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar videozənglərdən, videokonfranslardan istifadə edənlərin sayı artıb:

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internetdən istifadə edənlərin sayının artması ilə bağlı provayderlərə xüsusi tapşırıqlar verib. Bununla yanaşı, nazirliyin yanında fəaliyyət göstərən bütün qurumlarda növbəli iş rejimi tətbiq edilir.

İnformasiya texnologiyaları sahəsində çalışan mütəxəsislər onlayn şəkildə mütəmadi fəaliyyət göstərirlər. Bu işləri həyata keçirməkdə məqsədimiz internetin davamlı və dayanıqlı olmasıdır. Biz internetin istifadəsi ilə bağlı artan tələbatı təmin edəcəyik".

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərəcəklər.

Tarix
2020.04.06 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla