Yuxarı

Bu şəxslər ödəniş üçün müraciət etməsin! - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar əlavə olaraq bildiririk ki, qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

“Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz kimi qeydiyyata alına bilməzlər. Ona görə də bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər”, - o əlavə edib.

Onun sözlərinə görə, işsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək:

“Bu da ödəmənin məhz bu yardıma ehtiyacı olanlara ünvanlanması, pandemiya dövründə real olaraq zərərçəkən şəxslərə münasibətdə ədalətli yanaşmanı təmin etmək məqsədi daşıyır.

Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq. Müraciət üçün www.e-sosial.az portalından istifadə etmək, "e-xidmətlər" bölməsinə daxil olmaq lazımdır. Məşğulluq Mərkəzlərində pandemiya ilə əlaqədar olaraq vətəndaş qəbulları dayandırılıb, bu müraciətlər qəbul olunmur.

Beləliklə, adıçəkilən kriteriyalara uyğun gəlməyən şəxslərdən işsiz kimi qeydiyyata alınmaq üçün elektron müraciət etməməyi xahiş edirik. Çünki kütləvi müraciətlər nəticəsində elektron sistemlər əlavə yüklənməyə məruz qalır, müraciətlərin emalında çətinliklər yaşanır. Göstəricilərə uyğun gələn və işsiz kimi birdəfəlik ödəməni almağa haqqı çatan şəxslərə isə təmkinli olmağı tövsiyə edirik. Bildiririk ki, çoxsaylı müraciətlərlə bağlı elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə baxılmasında növbəliliyin təmin olunması üçün yaxın saatlarda ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanacaq. İşsiz statusuna uyğun gələn şəxslər qeydiyyatda olduqları rayon (şəhər) üzrə məhz həmin qrafikdə qeyd edilən tarixdə elektron qaydada müraciətlərini edə bilərlər”.

Tarix
2020.04.07 / 01:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla