Yuxarı

Başqalarının haqqını almasına mane olmayın - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birdəfəlik ödəmə almağa haqqı olan hər kəs bu yardımdan bəhrələnəcək.

Axar.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, sistemə tez və ya gec müraciət etməyin heç bir fərqi yoxdur:

“Ona görə də bu məsələdə tələsmək lazım deyil. Həmçinin açıqlama verildi ki, hansı kateqoriyadan olan insanlara birdəfəlik ödəmə veriləcək. Dövlətdən sosial yardım alan heç bir insan birdəfəlik ödəməyə düşmür. Həmin şəxslər müraciət etməklə, haqqı çatan insanların işini gecikdirməsinlər. Çünki həmin şəxslər sistemi yükləyir və materialların araşdırılması vaxtını uzadır. Məlumat üçün deyim ki, indiyə qədər edilən müraciətlərin 60 faizi bu ödəməni almağa haqqı olmayan şəxslərdir”.

Nazir qeyd edib ki, heç kəs düşünməsin ki, qoy, məlumatları daxil edib, bəlkə, mənə də düşdü:

“Qətiyyən elə olmayacaq və əmin olun ki, hər şeyi sistem özü hesablayır. Yaxşı olar ki, həmin şəxslər müraciət etməsin və prosesi gecikdirməsin”.

Nazir bildirib ki, internetə çıxış imkanları məhdud olan insanlara da imkan yaradılıb:

“İnternetə çıxış imkanı olmayanlar rayonlar üzrə çağrı mərkəzinə zəng etməklə, özünün və həyat yoldaşının fin kodunu verə bilər. Bizim əməkdaşlar onların məlumatlarını şəbəkəyə yükləyəcək”.

Tarix
2020.04.07 / 18:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla