Yuxarı

Nazir əmək müqavilələrindən danışdı: Son 10 gün ərzində...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət sektorunda əmək müqaviləsi ilə 910 min insan çalışır. Onların hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib və hər hansı əsassız ixtisarlara yol verilmir. Müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi işə cəlb olunub. Digərləri isə əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilib. Onların gəlirlərinin davamlılığı təmin edilir.

Axar.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 7-də “Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər" mövzusunda keçirilən mətbuat konfransında deyib.

"Martın 23-nə olan məlumata görə, qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyən insanların sayı 660 min nəfər idi. Onların qorunması üçün də işəgötürənlərlə ciddi şəkildə iş aparıldı.

Sevindirici haldır ki, son on gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb",- S.Babayev deyib.

Nazirin sözlərinə görə, sahibkarlar həm dövlətin göstərəcəyi dəstək tədbirləri, həm də digər inzibati tədbirlər nəticəsində ixtisarlara yol vermədilər, öz işçilərini qorumağa çalışdılar, onlara ödənişli məzuniyyət verdilər. Yəni hansı sahələrin fəaliyyətinin davam etdirilməsinə icazə verilibsə, onlar davam etdilər, hansıların ki, fəaliyyəti dayandırılıb onlar da ödənişli məzuniyyətə göndərildilər. Bu da insanların gəlirlərinin azalmasına imkan vermədi. “Ümumilikdə əmək müqavilələri sistemi üzərindən nazirlik tərəfindən gündəlik monitorinq aparılır. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə işəgötürən, sahibkar, şirkətlə müzakirə aparılır. Onların obyektiv əsaslı səbəbləri olduğunu müəyyən etməyə çalışırıq. Sahibkarlara veriləcək bütün dövlət dəstəyi tədbirlərinin onların bu dövr ərzində işçilərin ixtisarına yol verməyəcəyi, işçilərin sosial müdafiəsinə zərər vuran addımlar atılmayacağı halda onlara çatacağı diqqətə çatdırılır. Bu tədbirlər nəticəsində hazırda qeyri-neft sektorunda əmək müqaviləsi ilə çalışan 690 min nəfəri əhatə edə bildik”.

Tarix
2020.04.08 / 01:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla