Yuxarı

Rusiyadan cənazələrin gətirilməsi... - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan cənazələrin gətirilməsi... - Rəsmi

2 apreldə BMT Baş Assambleyasında koronavirusla mübarizə ilə bağlı qətnamə qəbul olunub. Azərbaycan da burada iştirak edir. Ətraflı müzakirələr aparılıb və görülən işlərə yüksək qiymət verilib.

Axar.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın mətbuat konfransında deyib.

"Bu günə qədər xaricdən ölkəyə 15 mindən artıq vətəndaş gətirilib. Azərbaycana gətirilən vətəndaşlar xüsusi karantin zonalarına yerləşdirilib. 20 aprel tarixinə qədər Azərbaycana giriş-çıxış tam dayandırılıb.

Əsas məqsəd odur ki, Azərbaycanın aidiyyəti strukturları tərəfindən daxili yoluxma halları konsentrasiya olunsun və zəruri tədbirlər həyata keçirilsin. Bu xüsusda xaricdə olan vətəndaşlara göstərdikləri təmkinə görə təşəkkür edirik. Azərbaycan hökuməti vətəndaşlarının yanındadır", - H.Hacıyev deyib.

O bildirib ki, quru sərhəd keçid məntəqələrində xüsusi hallar nəzərə alınır:

"Rusiya sərhədində cənazələrin gətirilməsi ilə bağlı müraciətlər olub. İstisnalar əsasında cənazələrin ölkəyə daxil olunması həyata keçirilib. Lakin aprelin 20-nə qədər sərhədlər bağlı olacaq".

Tarix
2020.04.08 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla