Yuxarı

Millət vəkili xahiş etdi, müəssisə 3 min ədəd bağışladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili xahiş etdi, müəssisə 3 min ədəd bağışladı

Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışında iştirak etdiyi Bakı Tekstil Fabriki MMC-nin tibbi maska istehsalı müəssisəsi Tovuz rayonu 105 saylı seçki dairəsindən millət vəkili seçilmiş Qənirə Paşayevanın xahişi ilə Tovuz rayonunda yaşayan şəhid ailələri, müharibə əlilləri, qazilər, tənha şəxslər, aztəminatlı ailələr üçün 3000 maska hədiyyə edib.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili özü paylaşım edib.

O, seçildiyi Tovuz rayonu 105 saylı seçki dairəsi ilə bağlı müraciətinə belə çətin günlərdə həssaslıqla yanaşan "Bakı Tekstil Fabriki"nin rəhbərliyi və kollektivinə təşəkkür edib.

Millət vəkili qeyd edib ki, fabrikin istehsalı olan maskalar artıq Tovuz rayonuna göndərilib, sakinlərə paylanılmaqdadır.

“Prezident İlham Əliyevin karonavirusla bağlı mübarizədə atdığı zəruri addım, eləcə də ölkəmizin tibbi maska təminatı ilə bağlı gördüyü iş, "Bakı Tekstil Fabriki"nin açılışını etməsi cəmiyyətimiz üçün belə həssas məqamda olduqca önəmli hadisədir. Cənab Prezidentimizin bildirdiyi kimi, biz birlikdə güclüyük və hər kəs öz imkanları daxilində dünyanı cənginə almış karonavirusla mübarizədə öz töhfəsini verməli, xalqımızın sağlamlığı, ölkəmizin rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir”, - Q.Paşayeva qeyd edib.

Tarix
2020.04.08 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla