Yuxarı

Saxta arayış satan "jurnalist" dünya çempionu imiş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saxta arayış satan "jurnalist" dünya çempionu imiş - Foto

Xəbər verdiyimiz kimi, dünən Anar İsgəndərov və Aslan Bayramov adlı iki şəxs Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulub.

Onlar özlərini media işçisi kimi təqdim edib, işlədikləri jurnalların möhürü ilə təsdiq edilmiş saxta arayışları satarkən saxlanılıblar.

Həmin şəxslər saxta sənəd satdıqları adamların xüsusi karantin qaydalarının tələblərini pozaraq, sərbəst hərəkət etmələrinə şərait yaradıblar.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, özünü “Sağlam Həyat Naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edən Aslan Bayramov əvvəllər idmançı olub. O, 2001-cü ildə Bakıda keçirilmiş boks üzrə yeniyetmələr arasında dünya çempionatının qalibi adını qazanıb.

Ümumiyyətlə, həmin yarışda iki azərbaycanlı boksçu qalib ola bilib. Onlardan digəri Emil Məhərrəmov olub.

Aslan Bayramov bu uğurunun arxasını gətirə bilməyib. O, yalnız 2008-ci ilin yanvarında 69 kq çəki dərəcəsində Azərbaycan çempionu olub. A.Bayramov həmin ilin iyulunda hərbi xidmətə göndərilən yeddi boksçumuzdan biridir.

Tarix
2020.04.09 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla