Yuxarı

DYP-dən sürücülərə vacib - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən sürücülərə vacib - Xəbərdarlıq

Dövlət Yol Polis İdarəsi (DYP) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddəti ilə bağlı məlumat yayıb.

Bu barədə Axar.az-a idarədən məlumat verilib.

“Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddətinin bitməsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövrünə təsadüf etdiyi hallarda etibarnamə verilmiş şəxs nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması üçün həmin etibarnamənin müddətinin bitməsinə az vaxt qalarsa, DİN Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytı və ya [email protected] elektron poçtu vasitəsilə müraciət edərək satıcı qismində özü və alıcı qismində digər şəxs haqqında məlumatları (nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi, etibarnamənin nömrəsi, habelə alıcı və satıcının şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi) təqdim etməlidir”.

Bildirilib ki, qəbul edilmiş müraciətlər əsasında müvafiq araşdırma aparıldıqdan sonra həmin şəxslərin (alıcı və satıcı) elektron poçt ünvanlarına qeydiyyat hərəkətlərində iştirak etmələri üçün xüsusi bildirişlər göndəriləcək.

Tarix
2020.04.09 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla