Yuxarı

Milli Məclisdən əhaliyə çağırış: Qoşulun...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Gənclər və idman komitəsi insanları “Yaşatmaq yaşamaq qədər gözəldir” adlı qanvermə aksiyasına qoşulmağa dəvət edir.

Axar.az xəbər verir ki, komitənin yaydığı məlumatda qeyd olunur:

"Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə adı çəkilən komitə səhhəti imkan verən hər kəsi təhlükəsizlik və gigiyenik qaydalara riayət etməklə qanvermə aksiyasına qoşulmağa çağırır.

Koronavirus pandemiyasının yaratdığı fəsadlardan biri də könüllü donorların sayında ciddi azalmaların olmasıdır. Təəssüflə bildirmək istəyirik ki, bütün qan qruplarına olan ehtiyac hazırda artmaqdadır. Bu günlərdə hər birimizin borcu dövlətimizin yanında olmaq və köməkliyimizi əsirgəməməkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən başladılan və hazırda da dövlətimiz və xalqımız tərəfindən aparılan xeyirxah tədbirlərin davamı olaraq, özünü sağlam hiss edən, səhhəti qan verməyə imkan verən hər bir kəsdən Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankına (Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 87) yaxınlaşaraq qan verməsini xahiş edirik.

Toplanmış qan qarşılıqsız olaraq irsi qan xəstələrinə və talassemiyalı vətəndaşlarımıza veriləcək. Məlumat üçün bildiririk ki, Qan Bankında donorların təhlükəsiz şəraitdə qan verməsini təmin etmək məqsədilə girişdə bədən hərarətinin yoxlanılması üçün termal kamera yerləşdirilib. Donorlar gigiyenik vasitələr ilə təchiz edildikdən sonra minimum təmas olmaqla qan verməkdədirlər. Qan verən donorlara lazım gəldikdə qan vermə barədə arayışlar da verilir".

Tarix
2020.04.10 / 21:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla