Yuxarı

190 manat ala bilməyənlərin diqqətinə - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
190 manat ala bilməyənlərin diqqətinə - Video

Birdəfəlik müavinətlə bağlı müraciət edib, mənfi cavab alanların əksəriyyətinə səbəb kimi mülkiyyətlərində pay torpaqlarının olması göstərilir. Amma bu şəxslərin çoxu həmin pay torpaqlarından istifadə etmədiklərini deyirlər.

Dövlət Məşğulluq Xidməti daha hansı hallarda insanlara bu müavinətlərin verilməməsinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, bu barədə danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Xəzər TV-ə açıqlamasında bildirib ki, onlara ən çox ünvanlanan suallardan biri də məhz pay torpaqları ilə bağlıdır.

Əsmər Nəcməddinqızının sözlərinə görə, bütün bu proses "Məşğulluq haqqında" qanunla tənzimləndiyi üçün həyətyanı torpaq sahəsi istisna olmaqla, mülkiyyətində pay torpağı, habelə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahələri olan şəxslər birdəfəlik müavinətin əhatə dairəsinə düşmürlər. Bu, icarəyə götürülmüş torpaq sahələri üçün də keçərlidir.

Digər bir məqam isə ailədə yetkinlik yaşına çatmış işsiz olan övladların bu müavinətləri ala bilməsi ilə bağlıdır. Xidmət sözçüsünün sözlərinə görə, 18 yaşından yuxarı işsiz olan bu şəxslər birdəfəlik müavinətlərdən faydalana bilərlər.

Əsmər Nəcməddinqızı, həmçinin başqa bir sıra məqamlarda vətəndaşlara imtina gəlmə səbəblərini açıqlayıb.

Tarix
2020.04.11 / 23:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla