Yuxarı

General: Sərhəddən keçid tam dayandırılıb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
General: Sərhəddən keçid tam dayandırılıb - Video

Qonşu ölkələrdən sərhədin açılması üçün ən çox Rusiyada yaşayan azərbaycanlılar müraciət ediblər.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarətinin rəisi, general-leytenant Abbas Xəlilov deyib.

Abbas Xəlilovun sözlərinə görə, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlar Rusiyada yaşayan vətəndaşlarımıza bütün mümkün vasitələrlə sərhədin bağlandığını və bununla bağlı növbəti qərar olana qədər gözləməyi tövsiyə ediblər. Ancaq Rusiyada yaşayan vətəndaşların müraciətləri hələ də davam etməkdədir.

Sərhəd nəzarətinin rəisi Rusiyada, eləcə də digər qonşu ölkələrdə yaşayan vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb. General-leytenant Abbas Xəlilov bildirib ki, qonşu dövlətlərdən sərhədi keçid yalnız cənazəsi olan şəxslər üçün mümkündür.

İndiyə qədər qonşu dövlətlərdən 24 cənazənin keçidi təmin edilib. Bu zaman isə yenə xüsusi qaydalara əməl etmək vacibdir.

Sərhəd nəzarətinin rəisi onu da bildirib ki, sərhədlər bağlı olsa da, yük daşımaları ilə bağlı hər hansı problem mövcud deyil və bu proses heç bir ləngimə olmadan həmişəki kimi davam etdirilir.

Tarix
2020.04.13 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla