Yuxarı

Karantin rejimi: media hansı səhvlərə yol verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantin rejimi: media hansı səhvlərə yol verir?

Bəzi saytlar hələ də İP güdür. Karantin günlərində əhalinin mediaya daha çox diqqət ayırdığı bir vaxtda şişirdilmiş başlıqlarla əhalini təşvişə salmaq ən böyük yanlışlıqdır. Bunları pandemiyadan öncə və sonrakı dövrdə də etmək olardı. Ancaq indiki halda bu, olduqca yanlış addımdır.

Bu sözləri Axar.az-a media eksperti Qulu Məhərrəmli pandemiya dövründə medianın yol verdiyi səhvlər və diqqət etməli olduğu məqamlar barədə danışarkən deyib.

Q.Məhərrəmli bildirib ki, karantin rejimi dövründə informasiyanın vətəndaşa ötürülmə forması olduqca önəmlidir:

“İndiki şəraitdə ölkədə karantin rejimi olduğu üçün koronavirusla bağlı informasiyalar bir mərkəzdən verilir. Bu informasiyanın da sahibi Nazirlər Kabineti yanında Operativ Qərargahdır. Bu məsələdən yazanda bizim media yalnız Qərargahın yaydığı məlumata, faktlara istinad etməlidir. Əgər sayt, televiziya ayrıca reportajlar verirsə, müsahibələr təşkil edirsə, burada məsələnin cəmiyyət üçün önəmli tərəfləri qabardılmalıdır. Bu kimi açıqlamalarda, müsahibələrdə heç bir panika, təşviş, yalançı gurultu ön plana çəkilməməlidir. Şişirdilmiş başlıqlar qoyulmamalıdır. Nəzərə almaq lazımdır ki, pandemiya ilə bağlı hər bir məlumatı vətəndaş media vasitəsilə əldə edir. Deməli, bu məlumatın vətəndaşa çatdırılma forması önəmlidir. Yanlış, şişirdilmiş informasiya insanın bu tip məlumatlara, xəstəliyə olan immunitetini azaldır. Media rəhbərləri bu kimi həssas məqamlarda bunu xüsusilə nəzərə almalıdır”.

Tarix
2020.04.16 / 14:23
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla