Yuxarı

Gömrükçülər qan verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükçülər qan verdi - Foto

Koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınmasında ciddi nəticələr əldə olunmasına şərait yaradan xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirlərin reallaşdırılması zamanı bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsidən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan aksiyada Dövlət Gömrük Komitəsinin əməkdaşları da fəal iştirak edir.

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının, Bakı Baş Gömrük İdarəsinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları könüllü şəkildə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında qan veriblər. Könüllü gömrükçülər də aksiyada iştirak edib.

Ümumilikdə 120 gömrük əməkdaşı və 10 nəfər könüllü gömrükçü qan verib.

Tarix
2020.04.18 / 14:04
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla