Yuxarı

Polisdən əhaliyə: Evdə qalın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisdən əhaliyə: Evdə qalın!

Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxtda xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.

Axar.az xəbər verir ki, bununla əlaqədar paytaxtın müxtəlif ərazilərində, yollarında yoxlamalar aparılır, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Post Patrul Xidmətinin, Əlahiddə Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtın müxtəlif ərazilərində qurulan müvəqqəti postlardan keçən və içərisində sərnişinlər olan marşrut avtobuslarını da saxlayaraq sərnişinlərin buraxılış sənədlərinin olub-olmamasını yoxlayırlar. Xüsusi karantin rejim qaydalarını pozan sərnişinlər varsa onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbirləri görülür. Bundan əlavə, polis əməkdaşları tərəfindən vətəndaşlarımıza kömək də göstərilir.

Xatırladaq ki, xüsusi karantin rejimi aprelin 20-si saat 00:00-dan mayın 4-ü saat 00:00-dək uzadılıb. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 2020-ci il 4 may saat 00:00-dək uzadılıb.

Tarix
2020.04.20 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla