Yuxarı

Leyla Əliyevanın təşəbbüsü ilə mərkəzə dərman verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyevanın təşəbbüsü ilə mərkəzə dərman verildi

Aprelin 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış məhdudiyyətlər fonunda ehtiyac duyulan dərman preparatları təqdim edilib.

Axar.az xəbər verir ki, təqdim olunmuş dərman preparatları “Cırtdan” adlı ailəvi meqaşoudan əldə edilən gəlir hesabına alınıb. “Biz birlikdə güclüyük!” şüarı altında təqdim edilən yardım xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtda dövlət səviyyəsində həyata keçirilən tədbirləri dəstəkləmək məqsədi daşıyır.

Son illər ərzində Azərbaycanda xəstə və yardıma ehtiyacı olanlara, xüsusilə də uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən bu insanlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilib, onun təşəbbüsü ilə “Cırtdan” meqaşoudan əldə edilən gəlirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndirilir.

Qeyd edək ki, keçən il sözügedən layihə çərçivəsində Talassemiya Mərkəzinə maliyyə yardımı, Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə dərman preparatları, müxtəlif oyuncaq və digər hədiyyələr təqdim edilib.

Tarix
2020.04.21 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla