Yuxarı

Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - Açıqlama

Sabah paytaxtda gecə və səhər saatlarında küləyin mülayimləşməsi gözlənilir.

Bu barədə Axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, aprelin 22-dən ölkə ərazisində hava şəraitinin dəyişdiyi müşahidə olunur:

"Əksər dağlıq rayonlarda qar yağır və qar örtüyü əmələ gəlir. Belə hava şəraiti bu gün də davam edəcək. Paytaxtda arabir yağış yağır, bəzi yerlərdə bu yağıntıların intensiv xarakterli olacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsir.

Sabah isə gecə və səhər saatlarında yağış yağacağı, küləyin mülayimləşəcəyi gözlənilir. Aprelin 24-ü, eləcə də 25-i gündüz mülayim cənub küləyinin üstünlüyü müşahidə olunacaq".

G.Məmmədova onu da bildirib ki, bölgələrdə aprelin 26-dan əsasən yağmursuz hava şəraiti hökm sürəcək:

"Bölgələrdə də bu gün yağış, dağlıq rayonlarda isə qar yağır. Bu hava şəraiti aprelin 25-dək davam edəcək. Aprelin 26-da isə əksər rayonlarda əsasən yağmursuz hava şəraitinin olacağı gözlənilir".

Tarix
2020.04.23 / 13:29
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

Bakı və Berlin siyasi məsləhətləşmələr keçirdi

İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi

Müharibənin qalibi İrandırmı?

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla