Yuxarı

O pulu Çovdarova halal edirəm – Tağı Əhmədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
O pulu Çovdarova halal edirəm – Tağı Əhmədov

2017-ci ilin 21 iyun tarixində MTN generalı Akif Çovdarovun məhkəməsində ondan zorla alınan 3 milyon manatı tələb edən Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədov sözügedən pulu A.Çovdarova halal edib.

Axar.az xəbər verir ki, bu barədə T.Əhmədov yeni azadlığa çıxan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovla bağlı Unikal.org-a danışarkən deyib. T.Əhmədov bildirib ki, Çovdarovla görüşmək niyyəti yoxdur:

“Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim? Əgər dövlətimiz o pulu ona halal eləyibsə, mən də ona halal edirəm”.

Xatırladaq ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov 2017-ci il iyunun 21-də MTN generalı Akif Çovdarovun məhkəməsində dindirilmiş və A.Çovdarovun ondan 3 milyon manatı hədə yolu ilə alması, qardaşı oğlu və daha bir qohumunun MTN-ə aparılıb döyülməsi haqda ifadə vermişdi.

Tarix
2020.04.23 / 16:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla