Yuxarı

Rüstəmovdan FİDE prezidentinə: Ədaləti bərpa edin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmovdan FİDE prezidentinə: Ədaləti bərpa edin!

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Arkadi Dvorkoviçə məktub ünvanlayıb.

AŞF-dən Axar.az-a verilən məlumata görə, məktubda dünyanı bürüyən koronavirus pandemiyası zamanı Rusiyada bütün idman yarışlarının təxirə salındığı yada salınıb, bununla belə Yekaterinburq şəhərində şahmat üzrə İddiaçılar Turnirinin təşkili diqqətə çatdırılıb.

Azərbaycan Şahmat Federasiyası FIDE rəhbərliyindən Teymur Rəcəbovun hüquqlarını qorumağı və Azərbaycan şahmatçısını İddiaçılar Turnirinə qaytarmaqla ədaləti bərpa etməyi xahiş edib.

Qeyd edək ki, Teymur Rəcəbov iştirakçıların sağlamlığının təhlükə altına alınması səbəbindən İddiaçılar Turnirinin başqa tarixə təxirə salınmasını təklif edib. FIDE bununla razılaşmayıb və Teymur Rəcəbov Maksim Vaşye-Laqravla əvəzlənib. Nəticədə koronavirus pandemiyasına görə turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.

Turnirin başqa vaxtda davam etdiriləcəyi açıqlanıb.

Tarix
2020.04.23 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla