Yuxarı

Çin Bakıya koronaya görə bunları göndərir - Səfirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Bakıya koronaya görə bunları göndərir - Səfirlik

Çin Xalq Respublikası Azərbaycana tibbi ləvazimat tədarükünü davam etdirəcək.

Çinin Azərbaycandakı səfirliyindən Axar.az-a bildiriblər ki, COVID-19 pandemiyasının başlanmasından bəri Çin və Azərbaycan bir-birini dəstəkləyir, pandemiya ilə mübarizədə birgə əməkdaşlıq edir. Bu, iki ölkənin qarşılıqlı yardım və müdafiədə səmimi dostluğunu əks etdirir. Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanın pandemiya ilə mübarizə səylərini qətiyyətlə dəstəkləyir. Eləcə də Azərbaycana öz imkanları daxilində yardım göstərməyə, birlikdə çalışaraq çətinlikləri dəf etməyə hazırdır. Tam inanırıq ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan xalqı ən qısa zamanda epidemiya üzərində qələbə çalacaq.

Cari il aprelin 2-də Çin Azərbaycana epidemiyanın qarşısının alınması üçün lazım olan tibbi ləvazimatların ilk dəstini (5000 COVID-19 infeksiyası testi) verib. Bu əsasda Çin Azərbaycana ikinci (10 STA, 500 dəst tibbi qoruyucu geyim) və üçüncü dəst (50.000 KN95 maska, 600.000 tibbi maska və 3000 dəst tibbi qoruyucu geyim) tibbi ləvazimat tədarükünü davam etdirəcək. Yuxarıda göstərilən vasitələr sürətli şəkildə hazırlanır və yaxın vaxtlarda Bakıya gətiriləcək.

Virusların sərhədləri yoxdur və onlar bəşəriyyətin ümumi düşmənidir. Çin Azərbaycan ilə sıx əlaqə saxlamağa, siyasi qarşılıqlı etimadı daim möhkəmləndirməyə və müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazırdır. Biz inanırıq ki, pandemiya ilə birgə mübarizədən sonra Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha parlaq olacaq.

Tarix
2020.04.23 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla