Yuxarı

Heydər Əliyev 1965-ci ildə bunun qarşısını aldı - Kərimli

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24-də qondarma erməni soyqırımı günü qeyd edilir. Mən tarixə səyahət etmək istəmirəm. Bakıda mart-aprel aylarında ermənilər bizə qarşı soyqrımı keçiriblər. Biz soyqırıma qarşı qanunvericilik, abidələrin qoyulması sahəsində iş görməliyik. Bakıda, Qubada, Şamaxıda, hətta Urmiyada 10 minlərlə azərbaycanlı türkü soyqırıma məruz qoyulub.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli səsləndirib.

Deputat xatırladıb ki, 1965-ci ildə Qərbi Azərbaycana bir qonaq gəlib: “O, Krasnoselski rayonunun birinci katibi Əli Həsənovla görüşür. Bu şəxs o zaman Dövlət Təhlükəsizlik Komitəsində işləyən Heydər Əliyev idi. O zaman Moskva icazə vermişdi ki, ermənilər soyqırım tədbirlərini keçirsin. Hətta Gədəbəydə, bizim torpaqlarımızda. O zaman da azərbaycanlıların soyqırımı nəzərdə tutulurdu. Bunun qarşısını məhz Heydər Əliyev ala bildi. Biz erməni ilə heç vaxt dost ola bilmərik. Bunu unutmamalıyıq”.

Tahir Kərimli daha sonra qeyd edib ki, Beynəlxalq Amnistiya Təşkilatı bəyanat verib və Bakıda qadınların aksiya keçirərək, gender bərabərliyi tələb etdiyini bildirib: “Onları qəhrəman kimi təqdim ediblər. Bizim qəhrəmanlarımız Milli Azadlıq Hərəkatında rus tankarının qarşısına çıxanlar, cəbhədə erməniyə qarşı vuruşanlardır. Həmin insanlar bizim qəhrəmanımız ola bilməz”.

Tarix
2020.04.24 / 11:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla