Yuxarı

XİN-in tənqidi MM-də də müzakirə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-in tənqidi MM-də də müzakirə edildi

Qarabağ Azərbaycandır! Bu, sadəcə söz deyil, bir fəlsəfədir, azərbaycançılıq mövqeyidir. Bu mövqe ilə danışıqları, görüşlərimizi, həyatımızı təşkil etməliyik. Zöhrab Mnatsakanyanın sonuncu bəyanatı azərbaycançılığa qarşı təxribatdır. Bu, birinci təxribat deyil, amma elə etmək lazımdır ki, sonuncu olsun.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

Deputat erməni tərəfinin status-kvonun saxlanılması üçün əllərindən gələni edəcəklərini bildirib:

“Onlar prezidentlərini deviriblər, parlamenti gülləbaran ediblər, türmədə insanları çürüdüblər. Hər cinayətə ələ atıblar ki, status-kvonu saxlasınlar. Bunlar alınmayanda isə danışıqlardan qaçıblar. Parisdə Köçəryan tənəffüs adı ilə təyyarəsinə minərək qaçmışdı”.

Komitə sədri bildirib ki, indiki hakimiyyət guya danışıqlara üçüncü tərəfi qatmağa çalışır, danışıqlardan çıxmaq haqda danışır:

“Amma bu da alınmır. Çünki cənab Prezident apardığı xarici və daxili siyasətlə Ermənistanın iç üzünü açıq ortaya qoyub. Münhen Təhlükəsizlik Şurasında cənab Prezident üçüncü tərəfin danışıqlara qoşulmasına imkan vermədi.

Nəhayət, vasitəçilər Azərbaycanın mövqeyini, yəni mərhələli həll variantını dəstəklədikdən sonra erməni tərəfi təxribata başlayıb.

Hesab edirəm ki, bununla bağlı biz müəyyən addımlar atmalıyıq. Əziz həmkarlar, biz bəyan etməliyik ki, danışıqların pozulması ilə bağlı məsuliyyət Ermənistanın boynundadır. Həmçinin, vasitəçilər bununla bağlı mövqe ortaya qoymalıdır. Azərbaycan artıq əvvəlki deyil. Biz indi daha güclüyük. Cənab Prezident bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz”.

Səməd Seyidov qeyd edib ki, son danışıqlardan sonra bir neçə gündür həmkarları mətbuatda tənqidi məqalə və təkliflərlə xarici işlər naziri, xarici siyasətlə bağlı fikirlərini ortaya qoyurlar:

“Mən bir misal çəkmək istəyirəm. Cənab Prezident Milli Məclisin ilk iclasda dedi ki, hökumət parlamentlə daima ünsiyyətdə olmalıdır. Çünki bu həm hökumət üzvlərinin məsuliyyətini, həm də parlamentin rolunu artırır. Mən təklif edirəm ki, bu ciddi məsələlərlə bağlı Xarici İşlər Nazirliyinin rəsmilərini parlamentin müvafiq komitəsinə dəvət edək, müzakirələr aparaq. Hörmətli sədr, biz bir dəfə belə bir tədbir keçirmişik. Hesab edirəm ki, bu təklifi reallaşdırsaq, daha faydalı olar”.

Tarix
2020.04.24 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla