Yuxarı

Baş prokurora yazdım: Köşkü ora aparım?.. – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsmanın illik hesabatı ilə yaxından tanış olmuşam. Qeyd edim ki, çox böyük iş görülüb, Səbinə xanıma təşəkkür edirəm. Mən sadəcə münasibət bildirib təklif vermək istəyirəm. Ombudsman institutu beynəlxalq qurumlarla, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və biz bunu hesabatdan da görürük. Amma nədənsə parlamentdəki müxalifət partiyaları ilə belə əməkdaşlıq yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Ombudsmanın illik məruzəsi” haqqında danışarkən deyib.

Deputat əlavə edib ki, insan hüquqları sahəsində maarifləndirmə işləri ilə bağlı çoxlu tədbirlər görülüb:

“Hesab edirəm ki, bu, yetərli deyil. Fikrimcə, İctimai Televiziyada “Ombudsman saatı” adı altında efir vaxtı almaq və mütəmadi maarifləndirmə işləri aparmaq mümkündür”.

Q.Həsənquliyev əlavə edib ki, hesabatda onun diqqətini ən çox cəlb edən məsələ ombudsman Səbinə xanımın xüsusi olaraq bir məsələyə diqqət yetirməsi olub:

“Orta məktəblərdə uşaq və gənclərin siqaretdən, narkotikdən istifadə etməsi narahatedici faktdır. Hesabatda da qeyd edilir ki, bu problemin aradan qaldırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulduğu kimi uşaqlara spirtli içkilər və tütün məmulatlarının satılmasına aidiyyətli qurumlar və cəmiyyət tərəfindən nəzarətin gücləndirilməsi vacibdir. Hörmətli spiker, siz yəqin bilirsiniz ki, mən dəfələrlə siqaret məsələsini qaldırmışam. Bunlar qəzet deyil, siqaret köşkləridir və bu bütün məktəblərin, kollecllərin və universitetlərin qarşısında var. Bu məsələ dəfələrlə tərəfimdən qaldırılıb ki, orada siqaret açıq reklam olunur. Hətta bəzən məktəbli uşaqlara siqaret pulsuz paylanılır ki, daha çox uşaqğı buna cəlb etsinlər. Əgər uşaqlar məktəb illərində siqaret çəkmirsə, böyüyəndə onun ziyanlı olduğunu bilib pis vərdişlərə sahib olmurlar. Bizim Sosial Tədqiqatlar Mərkəzi, Zahid Oruc bir sorğu keçirsə, əmin olacaq ki, siqaret çəkənlərin 95 faizi bu zərərli vərdişə məktəb illərində sahiblənib. Sonra başa düşəndə ki, bu ziyanlıdır, tərgidə bilmirlər. Ona görə də mən bununla bağlı dəfələrlə çıxış etmişəm, Baş prokurora bu salondan sorğu da göndərdim. Mənim Baş prokurora göndərdiyim məktub Dövlət Reklam Agentliyinə göndərilib. Çünki siqaretin reklam olunması məsələsinə onlar nəzarət edir. Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, bu, səhlənkarlıq adlanır və qeyd edilir ki, vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi dövlət və cəmiyyət mənafeyinə mühüm zərər vurmasına səbəb olarsa, alternativ cəzalar var. O cümlədən 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Əslində mən gözləyirdim ki, ən azı səhlənkarlığa görə Dövlət Reklam Agentliyinin əməkdaşları haqqında cinayət işi qaldırılacaq. Amma prokurorluq məndən fakt istəyir. Mən köşkü götürüb prokurorluğun qarşısına qoya bilmərəm. Prokurorluğun ətrafında da belə köşklər var. Həmin köşklərin şüşəsinin arxasında da siqaretlər düzülüb reklam edilir”.

Millət vəkili məhkəmə qərarları haqqında da danışıb:

“Digər bir mühüm məsələ hesabatda məhkəmə qərarları ilə bağlı məsələyə toxunmağınızdır. Qeyd edirsiniz ki, məhkəmə qərarlarının vaxtında və tam icra edilməsinin ədalət mühakiməsinin səmərəliliyi və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasında mühüm əhəmiyyəti var. Biz də zaman-zaman bu məsələləri qaldırmışıq. Orada kadr dəyişiklikləri baş verdi, indi məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət xeyli yaxşılaşıb. Amma yenə də narahatedici məqamlar çox olaraq qalır. Ona görə ki, məhkəmə qərarlarını sadəcə icra etmək mümkün deyil. Bunun üçün məhkəmə rəhbərliyi, məhkəmələrlə ciddi iş aparmaq lazımdır. İcrası mümkün olmayan belə qərarları niyə qəbul edirlər və sonradan təkrar buna baxırlar, icraçı ilə bağlı vəziyyəti dəyişirlər və s. Məhkəmələrin izah verməsi ilə bağlı da məsələyə diqqət ayırmaq istərdim. Məhkəmə qərar qəbul edir, sonra bu icra edilmir. Deyirlər ki, get bunun izahını al gətir, görək bunu hansı formada icra edəcəyik. Hesab edirəm ki, bu istiqamətdə də ciddi şəkildə işləməliyik”.

Tarix
2020.04.24 / 13:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla