Yuxarı

Avropanın bu təhsil müəssisəsi Bakıda fəaliyyətə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici universitetlərin yüksək səviyyəli texniki ixtisaslarına yiyələnmək artıq daha asandır. Avropa qitəsinin ən qabaqcıl ali təhsil müəssisələrindən olan Vyana Texnologiyalar Universitetinin “Mühəndisliyin İdarə edilməsi” (“Engineering Management”) adlı magistr proqramı cari ilin noyabr ayından etibarən Bakıda da fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, proqramı Avropada tədris edən müəllimlər Bakıdakı tələbələr üçün şəhərimizə gəlib dərs keçəcəklər.

Artıq beynəlxalq səviyyədə akkreditə olunmuş və tanınmış “Master of Science” diplomuna sahib olmaq üçün Avropa şəhərlərinə üz tutub, yüksək məbləğdə vəsait xərcləməyə gərək yoxdur. Bu magistr proqramını başa vuran məzunlar Vyana Texnologiyalar Universitetinin diplomunu əldə edir, bundan əlavə təhsil müddətində Avropa Universitetlərinin tələbələrinə şamil olunan imkanlardan yararlana bilirlər. Belə ki, təhsil müddətində tələbələr universitet kampusundan, kitabxanasından, onlayn imkanlardan faydalana bilir, universitetin məzunlar klubunun üzvü olur, bu müddətdə Avstriyada tələbə kimi bütün imtiyazlardan faydalana bilir, iş axtarma prosesində köməklik alır və s.

Avropa və Amerikada xeyli rəğbət qazanmış bu proqramı başa vuran yüzlərlə məzun karyeralarında yüksəlişə nail olublar. Texniki sahənin peşəkarları, habelə mühəndislər, hüquqşünaslar, iqtisadçılar proqrama qatılmaqla marketinq, biznesin təşkili və idarə edilməsi, tədarük zənciri, müasir mühəndisliyin əsasları kimi sahələrdə tamamlayıcı təhsilə sahib olurlar. Məzunlar həm kiçik və orta biznes sektorunda, həm də nəhəng şirkətlərdə şöbələrin idarəçiliyi üzrə ixtisaslaşma imkanını əldə edirlər.

Proqramda nəzərdə tutulmuş dərslər yalnız ingilis dilində ayda bir dəfə həftə sonunda keçirilən 13 modul üzrə paylanıbdır. Beləliklə, 11 modul Bakıda, 2 birləşmiş modul isə Vyana şəhərində tədris olunacaqdır. Təhsil müddəti 3 semestrdir və 2020-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək davam edəcək. Dərslər həm akademik, həm də sənaye sahəsinin beynəlxalq səviyyəli peşəkar mütəxəssisləri tərəfindən tədris olunacaqdır. Proqrama hər hansı bir sahədə bakalavr dərəcəsi olan, texniki və ya idari peşəkarlığa sahib olan, ingilis dilini bilən və iş təcrübəsi olan hər kəs müraciət edə bilər.

Bakıda təhsil almaq istəyən Azərbaycan, Gürcüstan, Rusiya, İran və Qazaxıstan vətəndaşları, habelə sadalanan ölkələrdə yaşayış icazəsi olan digər ölkə vətəndaşları üçün təqaüd tətbiq olunacaq və təhsil haqqı 11.500 Avro səviyyəsində hesablanacaq. Qeyd edək ki, Vyanada bu proqramın təhsil haqqı 19.900 avro təşkil edir. Bakıdakı proqrama erkən müraciət edənlər (31 may tarixinədək) üçün əlavə güzəşt şamil olunaraq, bu məbləğ 9.900 avro təşkil edəcəkdir.

İdarəetmədə yüksəlmək istəyənlər Bakıda fəaliyyətinə başlayan Vyana Texnologiyalar Universitetinin proqramına qatılmaqla öz hədəflərinə nail ola bilərlər. Bunun üçün 31 avqust 2020 il tarixinədək doldurulmuş anket [email protected] email ünvanına göndərilməlidir.

Qəbul üçün tələb olunan sənədlərin siyahısı ilə https://engineering.tuwien.ac.at/baku_track saytında tanış olmaq olar. Proqram keyfiyyətinə nəzarət məqsədiylə nəzərdə tutulan tələbə sayı məhdudlaşdırılıb və gec müraciət edən tələbələr sonrakı proqram üçün nəzərdə tutulacaqlar.

Odur ki, müraciət üçün tələsin, yerlər məhduddur!

Əlavə məlumat üçün: https://cec.tuwien.ac.at/index.php?id=14681

Tarix
2020.04.24 / 17:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla