Yuxarı

Azərbaycanda Aliment Fondu yaradıla bilər – Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Aliment Fondu yaradıla bilər – Təklif

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında Aliment Fondunun yaradılması təklifi ilə çıxış edib.

Axar.az xəbər verir ki, deputat iclas zamanı məhkəmənin qərarı ilə aliment almaq hüququna malik yüzlərlə qadının üzləşdiyi problemləri qaldırıb.

Q.Paşayeva hər gün övladları ilə çətin vəziyyətdə qalmış analardan xeyli sayda məktub və müraciət aldığını bildirib:

“Hər ay aliment almaqda çətinlik çəkən və bu səbəbdən övladlarını böyütməkdə ciddi problemlərlə üzləşdiyini deyən qadınların müraciətlərini dinləyirik. Bu gün məhkəmə qərarlarının icrası sahəsində ən ciddi problemlərdən biri məhz alimentlərin ödənilməsi məsələsi ilə bağlıdır. Bu səbəbdən uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin ödənilməsi məqsədilə dövlət tərəfindən maliyyələşən xüsusi Aliment Fondunun yaradılmasına böyük ehtiyac var”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində qeyd olunan önəmli təkliflər arasında Aliment Fondunun yaradılması təşəbbüsünün də xüsusi yer tutduğunu vurğulayan Q.Paşayeva bildirib ki, belə bir fondun yaradılması aliment problemi səbəbindən çətin vəziyyətdə böyüyən uşaqlar üçün çox önəmlidir.

Tarix
2020.04.24 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla