Yuxarı

Koronadan sonra nələr ucuzlaşacaq? - İqtisadçı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronadan sonra nələr ucuzlaşacaq? - İqtisadçı

Tibbi vasitələr üzrə süni qiymət artımının qarşısının alınması və bu sahədə tədqiqin genişlənməsi üçün atılan addımlar onu göstərir ki, postpandemiya dövründə vəziyyət əvvəlki məcrasına qayıdacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov pandemiya dövründə bahalaşan tibbi vasitələrin koronadan sonra ucuzlaşması ehtimalı barədə danışarkən deyib. O bildirib ki, müəyyən zaman aralığında bahalaşma müşahidə edilsə də, bunun qarşısını almaq üçün müvafiq addımlar atılır:

“Pandemiya dövründə bir sıra tibbi ləvazimatların və dərman preparatlarının bahalaşmasının şahidi olduq. İlk günlər hətta qiymətlərin bahalaşmasından əlavə, həmin ləvazimatların çatışmazlığı da müşahidə olundu. Xüsusən də bu bahalaşma və çatışmazlıq özünü tibbi maska və spirtdə daha çox göstərdi. Lakin məlum olduğu kimi, dövlətin nəzarəti və müdaxiləsi nəticəsində bir sıra neqativ halların qarşısı alındı və bu kimi problemlər aradan qaldırıldı. Qeyd edim ki, bu kimi hallar təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yaşandı. Ölkəmizdə sözügedən ləvazimatlar üzrə süni qiymət artımının qarşısının alınması və bu sahədə tədqiqin genişlənməsi üçün müvafiq addımların atılması, yəni tibbi maskaların istehsalı və spirt istehsalının geniləşdirilməsi belə deməyə əsas verir ki, postpandemiya dövründə vəziyyət əvvəlki məcrasına daha tez qayıdacaq”.

İqtisadçı vurğulayıb ki, Azərbaycanda bu və ya digər tibbi vasitələrin, dərman preparatlarının, o cümlədən ərzaq məhsullarının qiymətində heç bir ciddi ajiotaj yarada biləcək artım müşahidə edilməyib:

“Hökumət buna imkan vermədi. Müəyyən zaman aralığında hər hansı neqativ halların şahidi ola bilərik, amma bu, uzun müddət davam edə bilməz”.

Tarix
2020.04.24 / 17:29
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla