Yuxarı

İcralar bacarmadı: bağçalar nazirliyə qaytarılsın!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsamanın dünənki hesabatında uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsinə baxılması problemin tezliklə həll olunmasına ümidləri artırır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev dünən Milli Məclisdə çıxış edən Ombudsmanın 2019-cu il üzrə məruzəsi ilə bağlı danışarkən deyib. E.Əliyev bildirib ki, məruzədə məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçalarının) fəaliyyətindəki qüsurlar da yer alıb:

“Biz, təhsil ekspertləri kimi uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə dəfələrlə məsələ qaldırmışıq. Həmin sənədin “Təhsil hüququ” bölməsində qeyd edilənləri sizin də diqqətinizə çatdırmaq istəyirəm. Sənəddə qeyd edilib: “Müvafiq sahədə mövcud olan problemlərin əks edildiyi müraciətlər üzrə aparılmış araşdırmalar, həmçinin müşahidələr göstərib ki, həm uşaq bağçalarında mövcud yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğun deyil, həm də uşaqların bu müəssisələrə qəbulu zamanı ciddi qanun pozuntularına və neqativ hallara yol verilməkdədir. Xüsusi olaraq qeyd edilməlidir ki, övladının aidiyyəti üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi ilə bağlı müraciət edən valideynlərə demək olar ki, hər bir halda imtina edilib. Ümumiyyətlə, ötən dövrlərdən etibarən məktəbəqədər təhsilə olan ehtiyacın yerli icra hakimiyyətləri tərəfindən düzgün qiymətləndirilməməsi, təmirə və yenidənqurmaya ehtiyacı olan mövcud bağçaların müasir tələblərə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməməsi narahatlıq doğurur”.

Ümid edirik bu problem həll ediləcək və uşaq bağçaları nazirliyin tabeliyinə veriləcək”.

Təhsil eksperti Nadir İsrafilov da hesab edir ki, təhsildə varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi baxımından uşaq bağçalarının Təhsil Nazirliyinə qaytarılmasının yenidən gündəmə gətirilməsi təşəbbüsü hər cür təqdirə və alqışa layiqdir:

“Bu, təhsilin bir sistem kimi vahid mərkəzdən idarə olunması, çeviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul hesab oluna bilər”.

Tarix
2020.04.25 / 16:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla