Yuxarı

Müəllimlərin iş yerləri ilə bağlı - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün cari ildə müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.

Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatmış, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilmiş və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşmışdır.

Hazırda müsahibələrin test rejimində onlayn şəkildə təşkili ilə bağlı müzakirələr aparılır: "Bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Ölkədə olan sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Tarix
2020.04.25 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla