Yuxarı

İspan nəşri: Azərbaycan çağırış edir!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın qocaman və nüfuzlu nəşri olan “La Vanguardia” qəzetində “Azərbaycan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizəyə həsr edilmiş Sammitini çağırır” sərlövhəli məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Əlaqə qrupunun “Biz birlikdə COVID-19-a qarşıyıq” mövzusunda videokonfrans formatında Sammitinin keçiriləcəyi diqqətə çatdırılır.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Qoşulmama Hərəkatının Əlaqə qrupu formatında Sammiti koronavirusla mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin səylərinin səfərbər edilməsinə, həmrəyliyin və multilateralizmin gücləndirilməsinə mühüm töhfə verəcək. Qəzet yazır ki, üzv ölkələr İlham Əliyevin təklifini yekdilliklə dəstəkləyiblər.

“La Vanguardia” nəşri qeyd edir ki, Sammitə BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbər şəxsləri də qatılacaq.

Tarix
2020.04.27 / 01:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla