Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah hava necə olacaq?

Azərbaycanda "boz ay"a məxsus hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumta görə, Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində güclənəcək.

Bakıda və Abşeron yarımadasında martın 14-də havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava gecə əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, lakin axşama doğru əsasən şimal və qərb rayonlarında havanın yağıntılı olacağı proqnozlaşdırılır, Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.

Tarix
2015.03.13 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə şəxsi söhbətlər zamanı…

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla