Yuxarı

Bakıda sürücülər arasındakı dava ilə bağlı - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində sürücülər arasında baş verən hadisəyə münasibət bildirib.

İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Axar.az-a deyib ki, vətəndaş hadisə ilə bağlı aidiyyəti üzrə zəng edərək məlumat verib.

O qeyd edib ki, faktla bağlı araşdırmalara başlanılıb:

"Sosial şəbəkələrdə bu barədə videogörüntülər yayılıb. Həmin videogörüntülərlə əlaqədar araşdırılması və tədbirlərin görülməsi üçün biz də aidiyyəti üzrə məlumat vermişik. Çox güman ki, araşdırıldıqdan sonra nəticə barədə məlumat yayılacaq".

V.Əsədov əlavə edib ki, sürücülər arasında baş verən belə hadisə xoşagələn hal deyil:

"Yəni vətəndaşlar və sürücülər bir-birlərinə qarşı belə özbaşına hərəkət etməməlidirlər. Qanun vətəndaşlar tərəfindən biri-birinə qarşı qaydaların pozulmasına görə irad tutulmasına icazə verir. Amma bu, hörmət şəkilində olmalıdır. Onlar bir-birini acılamamalıdır. Onu da deyim ki, xüsusən də hazırkı vəziyyətlə əlaqədar olaraq sürücülər təmkinli olmalıdırlar, kobudluğa yol verməməlidirlər. Sürücülər unutmasın ki, törədilən hər bir xəta kameralar vasitəsilə qeydə alınır və kimliyindən asılı olmayaraq, xəta törədən texniki vasitələrlə aşkarlandıqdan sonra barəsində inzibati tədbirlər də görülür".

Qeyd edək ki, sözügedən insident 26 apreldə yaşanıb. Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda yüksək sürətlə hərəkət edən "Mersedes" markalı 99 RZ 878 qeydiyyat nişanlı avtomobilin sürücüsü önündəki maşının sürücüsündən yol istəyib.

Qarşıdakı sürücü isə müəyyən edilən maksimal sürətlə getdiyini bildirərək, yol verməyib. Bundan əsəbiləşən "Mersedes" sürücüsü təhlükli manevr edərək onu keçib və qarşısını kəsib. Daha sonra isə maşından düşərək digər sürücüyə yaxınlaşıb, onu təhqir edib və vurub.

Tarix
2020.04.27 / 13:31
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla