Yuxarı

Əfv olunan məhkum azadlıqdan imtina edib? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:47

Ədliyyə Nazirliyi Penitensiar Xidməti əfv sərəncamının şamil olunduğu məhkumlardan birinin azadlığa çıxmaqdan imtina etməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Axar.az xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Report-a yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

"Hansı məhkum əfv sərəncamı ilə bağlı Prezident İlham Əliyevə müraciət edibsə, bütün sənədlər aidiyyəti üzrə göndərilib. Kimsə ailə problemi olduğuna görə əfvdən imtina etməyib", - o deyib.

Qeyd edək ki, Modern.az saytı yaşı 65-dən yuxarı olan bir məhkumun əfv sərəncamındakı kriteriyalara uyğun gəlməsinə baxmayaraq, ərizə yazaraq könüllü şəkildə azadlıqdan imtina etdiyi barədə məlumat yayıb. Bildirilir ki, onun bu addımı atmasına səbəb azadlıqda onu gözləyən kiminsə olmamasıdır.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, övladını öldürdüyündən ailənin digər üzvlərilə intriqaları davam edir və ailə onu bağışlamayıb:

“Həmin şəxs əfv olunsaydı, ailə daxilində başqa konflikt yarana bilərdi. Bildiyiniz kimi, əfvdən əvvəl hər bir məhkumla fərdi söhbətlər aparılır. Ağır cinayət törətməsinə rəğmən səhhətində problem olduğu üçün o şəxsə əfv düşürdü. Amma o, bundan könüllü imtina etdi. Deyirdi ki, çıxsam, yenə bura qayıdacam”.

Tarix
2020.04.28 / 15:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla