Yuxarı

Karantinin mənfi və müsbət tərəfləri – Psixoloq açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejimi bitdikdən sonra insanlarda bəzi psixoloji pozuntular qeydə alınacaq.

Bu sözləri Axar.az-a psixoloq Gülnar Orucova karantin rejiminin insan psixologiyasına mənfi və müsbət təsirləri ilə bağlı danışarkən deyib. O bildirib ki, bəzi şəxslərdə virus bitdikdən sonra obsessiv kompulsiv pozuntu, yəni təkrarlanan davranış və düşüncə müşahidə ediləcək:

“İnsanlar epidemiya ilə əlaqədar bir neçə ay ərzində daim əllərini yuyur və dezinfeksiyaedici vasitələrdən istifadə edirlər. Bu da uzun müddət davam etdiyi üçün artıq insanlarda vərdiş halını alır. Bu, vərdişə çevrildiyi üçün epidemiya bitsə belə, insanlar bunları tez-tez etməyə davam edəcəklər. Belə hallar bəzilərində obsessiv kompulsiv pozuntunun yaranmasına, yəni təkrarlanan davranışlara, düşüncülərə səbəb olacaq. Bununla yanaşı bir sıra nevroz, şübhə və ehtiyat etmə halları insanlarda uzun müddət özünü göstərəcək. İnsanların psixoloqa daha çox ehtiyacı olacaq. Çünki bəziləri karantin müddəti bitdikdən uzun müddət sonra da koronavirusa yoluxma qorxusu ilə panikada qalacaq. Bundan başqa, uzun müddət evdə qalan insanlarda, xüsusən də sosial aktiv şəxslərdə daxili aqressiya formalaşıb. Bu aqressiya ətrafa da yayılacaq”.

Psixoloq onu da qeyd edib ki, karantinin mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var:

“İşdən bezən, məzuniyyət götürə bilməyən şəxslər üçün karantində verilən məcburi istirahət çox faydalı oldu. Bundan başqa insanlar işin, azadlığın və real ünsiyyətin önəmli olduğunu dərk etdilər. Virus insanlarda ölüm qorxusu yaratdı. Davamlı olaraq gələcək üçün çalışdıqları və gələcəyi düşündükləri üçün bugünlərinə hansısa qadağalar qoyan insanların gözünün qarşısına ölüm gəldikdə, onlar həyatı daha gözəl yaşamağa və özlərinə azadlıq verməyə başlayacaqlar”.

Tarix
2020.04.28 / 15:34
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla