Yuxarı

82 300 ailəyə aprel ayı üzrə ünvanlı yardım ödənildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
82 300 ailəyə aprel ayı üzrə ünvanlı yardım ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün 82 300 ailəyə (342 min ailə üzvü) aprel ayı üzrə ünvanlı sosial yardım ödənişini həyata keçirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, həmin ailələri təmsil edən, adlarına yardım vəsaiti köçürülən şəxslər evdən çıxmaq üçün müvafiq icazə əsasında həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından hər hansı faiz tutulmadan ala bilərlər.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi getdikcə genişləndirilir. Aprelin 1-dən ünvanlı sosial yardımı alan ailələrin sayı 12 min, o cümlədən ailə üzvlərinin sayı 50 min artıb.

Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 223 manata çatıb.

Beləliklə, aprel ayı üzrə bütün pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi artıq yekunlaşdı.

Tarix
2020.04.28 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla