Yuxarı

Daha iki bank ləğv edildi: Əmanətlər necə ödəniləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha iki bank ləğv edildi: Əmanətlər necə ödəniləcək?

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyaları ləğv olunmuş "Atabank" və "Amrah Bank" ASC-lərin müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Axar.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hər iki bank Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin onlarda qorunan əmanətlərini heç bir dövlət vəsaiti cəlb etmədən Fond tam ödəyəcək. Fondun vəsaiti çatmasa, mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə AMB kredit ayıracaq. Bu krediti Fond bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəyəcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.

“Atabank” və “Amrah Bank”ın digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunverililiyə müvafiq qaydada tənzimlənəcək.

Tarix
2020.04.28 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla