Yuxarı

Sərnişinlərə xəbərdarlıq ediləcək - Metropoliten

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metro stansiyalarının fəaliyyətini bərpa edəcəyi təqdirdə sərnişinlərə sosial məsafə saxlamaqla bağlı mütəmadi xəbərdarlıqlar olunacaq.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı metroda sərnişindaşıma fəaliyyəti dayandırılana qədər də tövsiyələr olunub:

"Bakı Metropoliteninin bütün stansiyalarında sosial məsafə saxlamaq barədə sərnişinlər mütəmadi məlumatlandırılıb. Əgər metronun fəaliyyəti karantin davam etdiyi dövrdə bərpa olunarsa, bu kimi müraciətlər, maarifləndirmə və tövsiyə xüsusiyyətli bir sıra tədbirlər davam etdiriləcək. Həmçinin metro nəqliyyatında mümkün olan bir sıra xəbərdaredici əyani nümunələr də tətbiq edilə bilər. Sosial məsafənin qorunmasının təşkili metropolitendə digər yerlərdə olduğundan çox da fərqlənmir. İctimai nəqliyyatda, o cümlədən metroda da sosial məsafənin qorunmasına riayət edilməsi, əsasən sərnişinlərdən asılı olan məsələdir.

COVID-19 infeksiyası ilə mübarizə dövründə yeraltı nəqliyyatdan istifadə olunmaması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə xarakterli müraciəti də var idi. Əgər karantinin davam etdiyi şəraitdə metronun fəaliyyəti bərpa olunarsa, metropoliten qanunvericilik və digər hüquqi-normativ aktlarla, müəyyən edilmiş, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi metropolitendən istifadə qaydalarına müvafiq addımlar ata, tədbirlər görə bilər".

Qurum rəsmisi deyib ki, metropolitendən istifadə qaydaları metro işçiləri ilə yanaşı, sərnişinlərin də vəzifə və öhdəliklərini müəyyən edir: "Bu səbəbdən sosial məsafənin qorunması metropolitençilərin tövsiyələrinə sərnişinlərin əməl etməsindən, onların daha diqqətli və bir-birinə sayğılı, həssas yanaşmasından daha çox asılıdır".

Tarix
2020.04.29 / 13:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla