Yuxarı

Bu məscidimizdə I Şah Abbasın fərmanı var

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muxtar respublikanın Ordubad rayonu zəngin memarlıq nümunələrinə malikdir. Onlardan biri də Ordubad şəhərində yerləşən Cümə məscididir.

Kult.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığına əsasən hazırda bərpa işlərinin aparıldığı məscid özünün tarixiliyi ilə diqqəti cəlb edir.

Abidə barədə yazan V.M.Sısoyev qeyd edib ki, şəhərdə ən böyük məscid olan Cümə məscidi lap mərkəzdə, demək olar, düz bazarın içində tikilib. Məscid bir qədər hündürlükdə yerləşdiyindən onu uzaqdan və çox yerdən görmək mümkündür. Böyük, demək olar ki, kvadratşəkilli, yastı damlı bina olan məscidin 6 kiçik günbəzi olsa da, minarəsizdir. Hündürlüyü içəridən 4 metr olan məscidin döşəməsi daş lövhələrlə döşənib. Əsas girişinin qarşısında hovuzu olan kiçik düzbucaqlı bina tikilib. Bu məscidin tikilmə tarixi dəqiq məlum olmasa da, onun XVII əsrdən xeyli əvvəl inşa olunduğu şübhə doğurmur. Səfəvi hökmdarı I Şah Abbasın Ordubad əhalisinin xəzinəyə ödəyəcəyi vergilərdən azad edilməsi haqqında 1604-cü ildə verdiyi fərmanın mətni məhz bu məscidin giriş qapısının baş tərəfinə yerləşdirilmiş kitabəyə həkk olunub.

Qeyd edək ki, İslam dininin yayıldığı dövrlərdə bütün naxçıvanlılar kimi, ordubadlılar da bu dini könüllü qəbul edərək, burada ibadət yerlərinin ucaldılmasında yaxından iştirak ediblər. Uzun illər ərzində həmin abidələrin sayı xeyli artıb. XIX əsrin 30-cu illərində tərtib edilmiş “Qafqaz arxasındakı Rusiya mülklərinin icmalı”nda Ordubadda 63 məscidin fəaliyyət göstərdiyi qeyd olunub. Təxminən elə həmin dövrdə tərtib edilmiş başqa bir mənbədə isə burada 6 böyük, 25 kiçik məscidin olması haqqında məlumat verilib. Ordubad şəhərinin tarixini tədqiq etmiş A.S.Fərəcovun əsərində də buradakı məscidlərin sayı haqqında fərqli məlumatlara rast gəlinir. Məscidlərin sayının çoxluğuna heyrətlə yanaşan müəllif yazıb: “Çətin ki, müsəlman dünyasında 3-4 min insana 41 məscid, daha doğrusu, hər 100 nəfərə 1 məscidin düşdüyü başqa bir şəhər tapılsın. Burada ümumşəhər və məhəllə məscidlərindən başqa daha 35 kiçik məscid var idi”.

Həmin məscidlər arasında Cümə məscidi özünəməxsus yerə malikdir. Ordubad şəhərindəki “Təkeşiyi” (şiə təkyəsi) məscidi də status baxımından Cümə məscidi olub. Mütəxəssislərin fikrincə, tikintisi xeyli qədimlərə aid olan məscid hicri təqvimi ilə 1921-ci ildə bərpa edilib. Sufi dərvişlərinin əsas mərkəzlərindən biri olan bu məscidi “İrfan əhlinin səcdəgahı” kimi yüksək qiymətləndiriblər. Bundan əlavə, Ordubad şəhərində xeyli sayda məhəllə məscidləri də inşa olunub. Ambaras, Kürdətal, Mingis, Sərşəhər, Üçtərəngə məhəllələrində tikilmiş məscidlər məhəllə məscidi funksiyasını yerinə yetirib.

Tarix
2020.04.29 / 20:05
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla