Yuxarı

Müdafiə Nazirliyi ölüm cinayəti faktını gizlədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə Nazirliyi ölüm cinayəti faktını gizlədir

"Hərbi hissələrin birində 1994-cü il təvəllüdlü Nazim Zahirovun tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanması ilə bağlı məndə səhih məlumat var. Həmin əsgəri başqa bir əsgər yoldaşı vurub".

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov son silahlı insidentə münasibət bildirərkən dedi. Hərbi ekspert həmçinin Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Orxan Alıyevin ölüm səbəbinin də inandırıcı olmadığını bildirdi:

"19 yaşlı Orxan Alıyevin dünyasını dəyişəndən sonra yaxınlarının məlumatı ilə tanışam. Razıyam ki, onun orqanizmində ölümlə nəticələnən halın baş verməsi suallar yaradır. Sağlam cüssəli, əzələli bir gəncin yatıb-durmamasına qətiyyən inanmaq istəmirəm. Yenə deyirəm, burda qaranlıq məqamlar var. Ancaq əlbəttə ki, Hərbi Prokurorluğun apardığı araşdırmadan sonra ölümün səbəbini deyə bilərik. Hərbi hissədən də aldığım məlumata görə, nizam-intizamlı əsgər olub".

Ü.Cəfərov ölümün səbəbi ilə bağlı məlumatın cəmiyyətdən gizlədilməyəcəyinə ümid etdiyini də bildirdi.

Tarix
2013.12.20 / 09:43
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla