Yuxarı

Sabahdan balıq ovu qadağan edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balıqların kürütökmə dövrü ilə əlaqədar sabahdan, 1 may 2020-ci il tarixindən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlanmasından imtinaya və qaydalara əməl etməyə çağırıb:

"Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirəm."

Xidmət rəisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin daxili su hövzələrində növbəti nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib:

"Son günlər keçirdiyimiz reydlər nəticəsində istifadəsi qadağan edilən 9 537 metr uzunluğunda sintetik tor, 2 928 ədəd qadağan olunmuş müxtəlif ov aləti müsadirə olunub və bu faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb, təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.

Nazirlik rəsmisi nəzarət tədbirlərinin ölkənin bütün sututarlarında, o cümlədən Xəzər dənizində davam etdirildiyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.

Tarix
2020.04.30 / 18:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla