Yuxarı

20 Yanvar dairəsindəki işlər nə vaxt yekunlaşacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətində dünəndən başlayan təmirlə əlaqədar sıxlıq yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparılacaq işlərlə bağlı əvvəlcədən məlumat verib, alternativ yollar təklif etsə də, bu, sıxlığa təsir etməyib.

Axar.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, işlər karantin rejimi bitənə qədər yekunlaşacaq.

“4 may tarixində 20 Yanvar dairəsinin hər iki istiqamətində aparılan işlərin yekunlaşması üçün çalışırıq. Bu müddət ərzində sürücülər aternativ yollardan istifadə etsə, daha yaxşı olar”, - A.Nəcəfli deyib.

Xatırladaq ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılıb. 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Tarix
2020.05.01 / 13:22
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla