Yuxarı

Prezidentə Xarkovdan nə yazdılar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Axar.az xəbər verir ki, diqqətçəkici məktublardan biri Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, professor Murad Ömərovdandır.

O yazır: “Möhtərəm Prezident, beynəlxalq arenada apardığınız müdrik siyasətinizə, koronavirus pandemiyasının yayılmasına qarşı Azərbaycan dövlətinin gördüyü çox səmərəli və təxirəsalınmaz tədbirlərə görə Ukraynanın Xarkov vilayətindəki Azərbaycan diasporu, Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyəti adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm. Biz - ölkəmizdən kənarda yaşayan azərbaycanlılar Azərbaycandakı hadisələri çox böyük diqqətlə izləyir, tarixi Vətənimizdə baş verən hər bir dəyişikliyi hiss edirik. Sizin müdrik siyasətiniz və COVID-19 virusunun Azərbaycanda yayılmasının qarşısını almağa yönəlmiş operativ tədbirlər, karantin rejiminin vaxtında tətbiqi, kiçik və orta biznesi, tibb müəssisələrini dəstəkləmək, işsizlərə maliyyə yardımı üçün göstərilən kömək dünyanın bir çox ölkələri üçün nümunədir. Xüsusilə biznes strukturlarının çəkdikləri zərərin kompensasiya edilməsinə yönəlmiş dövlət dəstəyini və həyata keçirilmiş tədbirləri qeyd etmək istərdim. Sizin koronavirusla mübarizədə qazandığınız nailiyyətlərə beynəlxalq təşkilatlar və ölkədən kənarda yaşayan azərbaycanlılar tərəfindən yüksək qiymət verilir. Vətənimizdə həyata keçirilən bu tədbirlər müsbət nəticələr verib. Möhtərəm Prezident, biz - Ukraynada yaşayan azərbaycanlılar Sizin apardığınız xarici siyasətlə fəxr edirik. Ukrayna dövlətinə və xalqına olan dostluq münasibətiniz hər zaman təqdir olunur. Biz əminik ki, Sizin apardığınız müdrik siyasət Azərbaycan ilə Ukrayna arasındakı əlaqələrin gələcəkdə daha da inkişafını təmin edəcək. Fürsətdən istifadə edərək, Sizə bir daha dərin minnətdarlığımı çatdırıram”.

Qeyd edək ki, Prezident İlham Əliyevə gələn çoxsaylı vətəndaş məktublarının bir hissəsi rəsmi mediada dərc edilib.

Tarix
2020.05.01 / 23:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla