Yuxarı

Bu qanunlara əməl edilmir - Paşayeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında 18 yaşına çatmayan uşaqlarla bağlı bəzi vacib qanunlara əməl edilmədiyini deyib.

Axar.az xəbər verir ki, Uşaq hüquqları haqqında qanuna edilən dəyişikliklər barədə danışan Qənirə Paşayeva alkoqollu, energetik içkilərin və tütün məmulatlarının 18 yaşına çatmamış şəxslərə satılmasının düzgün olmadığını vurğulayıb.

Alkoqollu içkilərin və tütün məmulatlarının 18 yaşına çatmayan uşaqlara satılmasının qadağan olunması barədə qanunun olmasına baxmayaraq, buna əməl olunmadığını bildirən Q.Paşayeva həmin məsələ ilə bağlı müvafiq qurumlarla sözügedən qanunun və ya maddələrin işləməsi üçün ciddi müzakirələrə ehtiyac olduğunu deyib:

"Qanunla qadağan olunsa da, bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara alkaqollu içkilər, siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsullarının satışı həyata keçirilir və onların geniş reklamı gedir, qapalı və ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Ona görə də qanuna nəzarət edən qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunların tətbiqi sahəsində işlər gücləndirilməlidir”.

Tarix
2020.05.02 / 00:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla