Yuxarı

Xaçmazda karantini pozan 341 nəfər cəzalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda karantin rejiminə əməl edilməsi nəzarətdədir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, vətəndaşlarla profilaktik söhbətlər aparmaqla onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırırlar.

Sakinlərdən təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən şöbə əməkdaşları, hər kəsə “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər. Həmçinin elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər.

Bu tədbirlərlə yanaşı xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, eləcə də rayon və kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə edən sürücülər də aşkarlanıb. Belə ki, xüsusi karantin rejiminin tələblərini pozan 341 vətəndaş barəsində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar.

Tarix
2020.05.02 / 11:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla