Yuxarı

Əməliyyat: DTX daha bir şəxsi həbs etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:20

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinin qarşısı alınıb.

DTX-dən Axar.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan Respublikasının vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılmış, sonuncunun idarə etdiyi motosikletə və üzərinə keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanılmış, İsrafil İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda bu cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2020.05.02 / 14:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

Prezident onu nazir müavini təyin etdi

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla