Yuxarı

Təlimat hazırlandı: Metro nə vaxt açılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təlimat hazırlandı: Metro nə vaxt açılır?

Ötən gün ictimai nəqliyyatla bağlı hazırlanan təlimatlarda Bakı metrosundan istifadə qaydaları da yer alıb. Bu isə paytaxt sakinləri arasında metronun yaxın günlərdə açılması ilə bağlı məlumatların yayılmasına səbəb olub.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hələlik metro stansiyalarının fəaliyyətə başlaması ilə bağlı tarix məlum deyil:

“TƏBİB koronavirusla əlaqədar metro ilə bağlı təlimatlar hazırlayır. Orada sərnişinlərlə yanaşı, metro işçilərinə aid təlimatlar da yer alacaq. Amma metronun nə vaxt açılacağı hələlik məlum deyil. Bizə bildirilmişdi ki, mayın 4-dəki karantin rejiminin yumşaldılması metroya aid edilməyəcək. Elə də oldu. Növbəti dəfə qərarın ümumi epidemik vəziyyətin təhlilindən asılı olacağı bildirilib. Yəni konkret vaxt deyilməyib. Hər şey NK yanında Operativ Qərargahın araşdırmasından və təhlilindən asılı olacaq”.

Qeyd edək ki, ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı hazırlanan təlimatda metro stansiyalarına daxil olan sərnişinlərə aid qaydalar da yer alıb.

Tarix
2020.05.03 / 09:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla