Yuxarı

Gürcü nazir azərbaycanlıların müdafiəsinə qalxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Sixelaşvili son günlər sosial şəbəkələrdə yerli azərbaycanlılar barədə yazılan təhqiramiz fikir və ifadələrə sərt rekasiya verib.

Axar.az Report-a istinadən xəbər verir ki, o, bu cür halların qətiyyən yolverilməz olduğunu bildirib.

Dövlət nazirinin sözlərinə görə, səsləndirilən bu cür fikir və bəyanatlar Gürcüstan cəmiyyətinə qarşı yönəlib: “Əminəm, cəmiyyət də anlayır ki, ictimaiyyətdə münasibətlərin gərginləşdirilməsinə yönələn bu cür cəhdlər heç bir nəticə verməyəcək. Ciddi qlobal pandemiya problemi fonunda gözəgörünməz düşmənlə uğurla mübarizə aparmaq üçün bizə birlik və qarşılıqlı dəstək olduqca lazımdır”.

K.Sixelaşvili qeyd edib ki, Gürcüstanın bütün bölgələrində etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətəndaşın həyat və sağlamlığı eyni səviyyədə prioritet məsələdir: “Gürcüstanın bütün vətəndaşları bərabərdir. Etnik müxtəliflik ölkəmizin unikal xəzinəsi olub və bundan sonra da olacaq”.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə, xüsusən də son günlər Gürcüstanda sosial şəbəkələrdə yerli azərbaycanlı vətəndaşlara qarşı milli zəmində təhqiramiz, alçaldıcı fikir və şərhlər geniş yayılıb.

Tarix
2020.05.04 / 10:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla