Yuxarı

Kürdəmirdə dəhşətli qəza: 6 nəfər öldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:39

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mersedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

"Nissan"da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdə baş verən yol qəzasında yaralı olan azyaşlı xəstəxanaya çatdırılıb.

"Nissan" markalı avtomobilin azyaşlı sərnişini - 3 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada əməliyyat olunur.

Qəzada ümumilikdə 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

***

Kürdəmirdə baş verən qəzada ölənlərin sayı 6-ya çatıb.

Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı Kürdəmir rayon sakini Piriyev Sabir Ceyhun oğlu və İmişli rayon sakini Hətəmova Arzu İsrail qızı da ölüb.

Tarix
2020.05.04 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla