Yuxarı

Bir insanın qətli necə “iki qətl” sayıla bilər... – Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Cinayət Məcəlləsində hamilə qadının öldürülməsi ağırlaşdırılmış hal kimi qiymətləndirilir, lakin bir çox Avropa ölkəsində hamilə qadının öldürülməsi “iki insanın qətli” sayılır. Hazırda İsveçrədə təhsilini davam etdirən vəkil Aqil Layıc bildirib ki, Avropanın bəzi ölkələrində bu kimi qətllər zamanı iki subyekt qurban statusu alır: qadın və ana bətnində olan uşaq.

Mövzu ilə bağlı Axar.az-a danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, Cinayət Məcəlləsinin “Qəsdən adamödürmə” – 20-ci maddəsinin 2.8-ci bəndində təqsirkar şəxsin aşkar surətdə hamilə vəziyyətdə olan qadını öldürməsi ağırlaşdırılmış hal kimi qiymətləndirilir. Hamiləliyin pozulmasına səbəb olma isə Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə tənzimlənir:

“Bu, qəsdən sağlamlığa ağır zərər vurma maddəsidir ki, burada 3 ildən 8 ilə qədər həbs cəzası nəzərədə tutulub. Lakin bizdə hamilə qadının öldürülməsi “iki qətl” kimi qiymətləndirilmir. Hamilə qadının öldürülməsinin iki insanın qətli kimi qiymətləndirilməsi üçün hökmən Cinayət Məcəlləsində dəyişiklik olmalıdır”.

S.Vəkilov bildirib ki, qanunvericilik sözügedən dəyişiklik olarsa, bu, hamilə qadınların öldürülməsi, hamiləliyin sonlandırılması ilə nəticələnən cinayətlərin qarısını müəyyən qədər ala bilər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalov da hesab edir ki, hamilə qadının öldürülməsinin qanunvericilikdə iki qətl kimi dəyərləndirilməsi ən ədalətli addımdır:

“Bu, olduqca dəyərli təklifdir. Doğrudan da hamilə qadının öldürülməsi iki insanın ölümü deməkdir. Əgər hamiləliyin müəyyən həftəsindən sonra aborta icazə verilmirsə, ana bətnindəki 4-5 aylıq körpənin aldırılması cinayətə bərabər tutulursa, qadağandırsa, hamilə qadının öldürülməsi zamanı da bu nəzərə alınmalıdır. Bizdə hamilə qadının öldürülməsi ağırlaşdırılmış hal kimi qiymətləndirilir. Yaxşı olardı ki, bir çox Avropa ölkələrində olduğu kimi, bizdə də bu, iki insanın qətli kimi qiymətləndirilsin”.

M.Zeynalov bildirib ki, son illər hamilə qadınlara qarşı şiddət artıb:

“Buna görə də hamilə qadının öldürülməsinin iki qətl kimi qiymələndirilməsi təşəbbüsünü dəstəkləyirəm”.

Tarix
2020.05.04 / 12:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla